İranda yenidən güclü zəlzələ oldu | Eurasia Diary - ednews.net

2 Aprel, Cümə axşamı


İranda yenidən güclü zəlzələ oldu

Dünya A- A A+

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində gecə saatlarında 4,3, daha sonra isə 3,7 bal gücündə zəlzələ olub.

Eurasia Diary xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Episentri Xoy ərazisində olan 4,3 bal gücündə yeraltı təkanların dərinliyi 7 km-də yerləşib. İkinci 3,7 bal gücündə zəlzələ isə 8 km dərinlikdə olub.

Dağıntı və tələfat haqqında hələlik məlumat verilməyib. 

Xatırladaq ki, fevralın 23-ü Türkiyə - İran sərhəd bölgəsində 5,7 bal gücündə zəlzələ olub. (report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...