Misirin sabiq prezidenti Hüsnü Mübarəkin ölüm xəbəri təsdiqlənib.
Eurasia Diary-nin TASS-a istinadən verdiyi xəbərə görə, Misir dövlət televiziyası sabiq prezidentin ölümü barədə məlumat yayıb.
***
Misirin sabiq prezidenti Hüsnü Mübarək vəfat edib.
Bu barədə “Əl-Aym əs Sabia” portalı məlumat yayıb. Sabiq prezidentin 91 yaşında vəfat etdiyi bildirilir.
Bu barədə hələlik rəsmi məlumat yayılmayıb.
Qeyd edək ki, Misirin 4-cü prezidenti olan H. Mübarək 1981-ci ildən 2011-ci ilə kimi ölkəyə rəhbərlik edib. O, 2011-ci ildə baş verən inqilab zamanı istefa verib. Daha sonra həbs edilən H. Mübarək azadlığa buraxılıb.