Avropa Birliyinə 14 üzv ölkə Suriya rejiminə atəşkəsə əməl etməyə çağırıb | Eurasia Diary - ednews.net

30 Mart, Bazar ertəsi


Avropa Birliyinə 14 üzv ölkə Suriya rejiminə atəşkəsə əməl etməyə çağırıb

Dünya A- A A+

Avropa Birliyinə 14 üzv ölkə Suriya rejimini və dəstəkçilərini İdlib bölgəsinə hücumları dayandırmağa və 2018-ci ilin yazında qəbul olunan atəşkəsə əməl etməyə çağırıb.

Eurasia Diary “t-online.de” informasiya portalına istinadən xəbər verir ki, bu barədə 14 ölkənin Xarici İşlər naziri ortaq bir məqalə hazırlayaraq bəyanat yayıblar.

“Onları hücumları dərhal dayandırmağa, beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərini yerinə yetirməyə çağırırıq”,- deyə məqalədə qeyd olunub.

Həmçinin humanitar yardımların Suriyanın şimal-qərbinə köçürülməsinə maneə yaratmamaq tələb olunub.

Xatırladaq ki, son günlər Suriyada rejim və dəstəkçilərinin İdlibə hava hücumları nəticəsində 10-u uşaq olmaqla 20 insan həlak olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...