Xatırladaq ki, fevralın 10-dan etibarən Türkiyə Silahlı Qüvvələrinin endirdiyi zərbələr nəticəsində Əsədə tabe olan Suriya ordusu birləşmələri 1709 itki verib. Türkiyə ordusu həmçinin 55 tank, üç helikopter, 18 zirehli maşın və 29 top məhv edib. Bəşər Əsəd hakimiyyəti Türkiyənin hücumuna cavab olaraq, İdlibdəki türk hərbi bazalarına aviasiya zərbələri endirdi. Endirilən zərbələr nəticəsində 69 türk əsgəri xəsarət alıb, onlardan 33-ü şəhid olub.
Eurasia Diary "TRT haber"ə istinadən bildirir ki, Bəşər Əsəd rejiminin İdlibdəki türk hərbi bazalarına hava hücumu sonrası Rəcəb Tayyip Ərdoğan ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel və Bolqarıstan Baş Naziri Boyko Borisov ilə görüşəcək.