Bolqarıstanda koronavirusa yoluxanların sayı 142 nəfərə çatıb.
"EDNews" xəbər verir ki, bu barədə ölkədə fəaliyyət göstərən operativ qərargah məlumat yayıb.
Məlumatda bildirilir ki, virusa yoluxanların orta yaş həddi 42-dir. Ən cavan xəstənin 4, ən yaşlının isə 81 yaşı var.
Bolqarıstanda koronavirusdan ölüm 2,1 faiz təşkil edir. Bu gündən ölkə ərazisində bir sıra tədbirlər görülməyə başlanılıb.