Rusiyada koronavirusa görə 93,6 mindən çox insan nəzarət altındadır | Eurasia Diary - ednews.net

7 Aprel, Çərşənbə axşamı


Rusiyada koronavirusa görə 93,6 mindən çox insan nəzarət altındadır

Dünya A- A A+

Rusiyada koronavirus infeksiyası səbəbindən tibbi nəzarət altında 93 677 nəfər qalır.

EdNews-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyasının İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin rəsmi saytında deyilir.

"Bütövlükdə, 2020-ci ilin ötən dövrü ərzində Rusiyada 149 754 nəfər tibbi nəzarət altında idi. 23.03.03 tarixinə nəzarət altında 93 677 nəfər qalır", - deyə qurumun məlumatında bildirilir.

Son məlumatlara görə, Rusiyada yeni növ koronavirusun aşkarlanması məqsədilə 186 minə yaxın laboratoriya müayinə aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...