Marneuli və Bolnisidə 20 mindən çox insan koronavirus şübhəsi ilə müayinə edilib | Eurasia Diary - ednews.net

9 Aprel, Cümə axşamı


Marneuli və Bolnisidə 20 mindən çox insan koronavirus şübhəsi ilə müayinə edilib

Dünya A- A A+

"Marneuli və Bolnisi bələdiyyələrindəki xüsusi qruplar 20 mindən çox insanı yoxlayıbvəcəmi25 nəfərdə yüksək bədən temperaturu olduğu müəyyən edilib”.

EdNews xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat katibi İrakli Çikovani keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə yoxlanılan şəxslərdən cəmi ikisinin vəziyyətinin diqqətdə saxlanılmasına ehtiyac görülüb.

"Bilirsiniz ki, hər iki rayonla da bəzi yoxlamalar aparmağa başlamışıq. Yerli hökumət nümayəndələri və tibb işçilərindən ibarət xüsusi qruplar artıq 20 mindən çox insana baş çəkib, anketlər aparıb, bədən hərarətini yoxlayıb və digər protokol işlərini həyata keçiriblər. Bu müddətdə cəmi 25 nəfərin qızdırması olduğu müəyyən edilib, onlardan isə ikisinin vəziyyətinin diqqətdə saxlanılmalı olduğu bildirilib. Həmin şəxslər müvafiq olaraq Marneulidə xəstəxanaya yerləşdiriliblər", - deyə Çikovani bildirib. (APA)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...