Martın 26-da yeni tip koronavirusunun (Kovid-19) gündəliyi ilə toplanan G20 Liderlərinin Fövqəladə Toplantısı keçirilib.
EDNews xəbər verir ki, 2 saat 20 dəqiqə davam edən video-konfrans formasında keçirilən toplantıda bu qərarla qəbul olunub:
– Həyatı, məşğulluğu və gəlirləri qorumaqda qərarlıyıq.
– Etibar yaratmağa, maliyyə sabitliyini qorumağa, böyüməni stimullaşdırmağa və canlanmanı təmin etməyə sadiqik.
Biz ehtiyacı olan bütün ölkələrə yardım etmək və ictimai sağlamlıq və maliyyə tədbirlərini əlaqələndirməkdə qərarlıyıq.
– G20 liderləri dünya iqtisadiyyatına 5 trilyon dollar köçürməklə öz iqtisadiyyatlarını qorumaq məqsədilə müxtəlif tədbirlər görəcəklər.
– Epidemiyaya nəzarət etmək üçün bütün lazımi sağlamlıq tədbirləri görüləcək və kifayət qədər maliyyələşdirmə təmin ediləcək.
– G20 ölkəsi korona virusunun yayılmasının öhdəsindən gəlmək üçün lazım olanı edəcək.
G-20 ölkələrini Almaniya, ABŞ, Argentina, Avstraliya, Braziliya, Çin, Türkiyə, İndoneziya, Fransa, Cənubi Afrika, Cənubi Koreya, Hindistan, İngiltərə, İtaliya, Yaponiya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Avropa Birliyi (AB) Komissiyanı formalaşdırır.