İndoneziyada 5.8 bal gücündə zəlzələ baş verib | Eurasia Diary - ednews.net

9 Aprel, Cümə axşamı


İndoneziyada 5.8 bal gücündə zəlzələ baş verib

Dünya A- A A+

İndoneziyanın şərqində yerləşən Papua əyalətində 5.8 bal gücündə zəlzələ qeydə alınıb. 

EdNews TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi açıqlama yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 135 min əhalisi olan Cayapur şəhərindən 174 km qərbdə yerləşib, ocağı isə 10 km dərinlikdə olub.

Xəsarət alanlar, ziyanlar, eləcə də sunami təhlükəsi barədə məlumat verilməyib.

EdNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...