"Qlobal maliyyə böhranı dövründə atdığımız addım kimi yenə də qlobal təhlükəsizliyimizi təmin etmək üçün ortaq fəaliyyətlərimizi tezləşdirməliyik. G20 dövlətlərinin bütün üzvlərini əhatə edən mərkəzi banklar arasında mübadilə sazişlərinin genişləndirilməsi lazımdır. Əgər birtərəfli addımlarla davam etsək, bu qlobal iqtisadiyyata da mənfi təsir göstərəcək”.
EdNews-un xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 dövlətlərinin yeni növ koronavirüsla (COVID-19) əlaqədar videokonfrans vasitəsilə keçirdiyi fövqəladə zirvə toplantısında bu fikirləri bildirib.
Türkiyənin hər zaman olduğu kimi, bu məsələdə də beynəlmiləl həmrəyliyə qatıldığını və ortaq fəaliyyətə hazır olduğunu deyən prezident bütün dünya ölkələrini bu qlobal mübarizəyə qatılmağa çağırıb: “Bu qlobal bəlaya qarşı ortaq mübarizə aparaq”.(apa)