Səudiyyə Ərəbistanına atılan 2 raket hərbçilər tərəfindən səmada məhv edilib | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


Səudiyyə Ərəbistanına atılan 2 raket hərbçilər tərəfindən səmada məhv edilib

Dünya A- A A+

Səudiyyə Ərəbistanının havadan müdafiə qüvvələri “Ənsar Allah” (Husilər) Yəmən terror qruplaşması tərəfindən atıldığı iddia edilən 2 raket Ər-Riyad şəhərini üzərində vurulub.

EdNews TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Şahidlərin sözlərinə görə, krallığın paytaxtında güclü partlayış səsi eşidilib. Baş verənlərin təfərrüatları dəqiqləşdirilir.

Daha bir raketin Səudiyyə Ərəbistanının Yəmənlə sərhədi yaxınlığında yerləşən Cizan şəhəri üzərində vurulduğu bildirilir. 

Hər iki hava hücumunun nəticələri barədə məlumat verilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...