ABŞ boru kəmərləri operatorları neft hasilatının azaldılmasını istəyir | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


ABŞ boru kəmərləri operatorları neft hasilatının azaldılmasını istəyir

Dünya A- A A+

ABŞ-ın boru kəmərləri operatorları tədarükçülərdən koronavirus pandemiyası şəraitində neft hasilatını azaltmağı xahiş ediblər.

EdNews-un “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, xüsusilə, ABŞ-ın neft tədarükü və saxlaması ilə məşğul olan iri şirkəti “Plains All American Pipeline LP”  tədarükçülərinə hasilatın azaldılması xahişi ilə məktub ünvanlayıb. 

Texas ştatının tənzimləyici şirkətindən bildiriblər ki, eyni zamanda, buna bənzər müraciətlər boru kəmərləri operatorlarından daxil olur,  

Agentliyin məlumatına əsasən, bu cür xahişlər onu göstərir ki, pandemiya fonunda tələbatın azaldığı dövrdə hasilatın həcmləri saxlama anbarlarının həcmlərini üstələyir. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...