İtaliyada 6 min 414 həkim koronavirusa yoluxub.
İtaliya Həkimlər Birliyi virusadan ən az 51 həkimin öldüyünü təsdiqləyib.
EdNews xəbər verir ki, bu barədə İtaliyanın Səhiyyə nazirinin müavini Pierpaolo Sileri bildiribki, ölkəsi hazırda epidemiyanın ən yüksək nöqtəsindədir. O bir həftə, 10 gün ərzində testləri müsbət nəticə verənlərin sayında ciddi azalma müşahidə ediləcəyinə ümidvardır.
Qeyd edək ki, ölən həkimlərin 32-si ən çox yoluxma hadisəsi olan Lombardiya bölgəsində çalışıb./publika.az