Marneulidə daha iki nəfərdə koronavirus təsdiqlənib | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


Marneulidə daha iki nəfərdə koronavirus təsdiqlənib

Dünya A- A A+

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda daha iki nəfərdə yeni növ koronavirusa  (COVİD-19) yoluxma təsdiqlənib.

EdNews apa-ya istinadən xəbər verir ki, rayon xəstəxanasına yerləşdirilən hər iki şəxsin analizləri ötən gün Luqar laboratoriyasına göndərilib və bu gün müsbət cavab alınıb.  Xəstələrin Tbilisiyə köçürülməsi planlaşdırılır. Hər iki xəstədə yüksək bədən hərarəti və ikitərəfli pnevmoniya olduğu bildirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu açıqlanıb.

Qeyd edək ki, hazırda Gürcüstanda 110 nəfərdə yeni növ koronavirusa yoluxma təsdiqlənib, onlardan 21-nin sağaldığı bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...