Gürcüstanda koronavirusa yoluxanların sayı 170 nəfərə çatdı | Eurasia Diary - ednews.net

6 İyun, Şənbə


Gürcüstanda koronavirusa yoluxanların sayı 170 nəfərə çatdı

Dünya A- A A+

Gürcüstanda daha səkkiz nəfərin koronavirusa yoluxması təsdiqlənib.

EdNews Report-a istinadən xəbər verir ki, bu barədə hökumətin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 170-ə çatıb, onların 36-sı sağalıb, 1-i isə ölüb.

Hazırda karantində 5 067, stasionar nəzarətdə isə 330 nəfər saxlanılır.

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.

Dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 246 174 nəfərə çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...