Yaponiyada bir neçə şəhərdə koronavirus pandemiyası ilə bağlı fövqəladə vəziyyət elan oluna bilər.
EdNews xəbər verir ki, bu barədə “Kyodo” nəşri yazıb.
Yaponiyanın Baş naziri Şinzo Abe son günlərdə koronavirusa yoluxma hallarında kəskin artım hiss olunan Tokio və Osaka şəhərlərində fövqəladə vəziyyət elan etmək qərarına
gəlib.
Sözügedən qərarın tezliklə açıqlanacağı gözlənilir.