Dünyada koronavirusa yoluxanların sayı 1,4 milyonu keçdi | Eurasia Diary - ednews.net

7 İyun,


Dünyada koronavirusa yoluxanların sayı 1,4 milyonu keçdi

Dünya A- A A+

Dünyada koronavirus (COVID-19)  infeksiyasına yoluxanların sayı 1,4 milyon nəfəri keçib.

EdNews bildirir ki, bu barədə ABŞ-ın bir sıra ölkələrin və təşkilatların statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, dünyada virusa yoluxma ilə bağlı təsdiq edilmiş halların ümumi sayı 1 407 123 təşkil edir. 80 759 insan isə pandemiyanın qurbanı olub.

Virusa yoluxma sayına görə ilk yerdə ABŞ, sonrakı sıralarda isə İspaniya və İtaliyadır.

Məlumatda o da vurğulanıb ki, dünyada koronavirusdan sağalanların sayı 300 mindən çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...