İspaniyanın Kadis şəhərinin Zahara de la Sierra qəsəbəsində bir nəfər də koronavirusa yoluxmayıb.
EDNews.net xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, qəsəbəyə 5 giriş mövcuddur və bunlardan 4-ü pandemiyaya görə bağlanıb.
Qəsəbənin bələdiyyə sədri Santiaqo Qalvanın qərarı ilə avtomobillər qəsəbənin girişindən 150 metr kənarda dezinfeksiya edilərək buraxılır. İnsanlara vacib işləri olmadan evdən çıxmamaq tövsiyə edilib.
Bildirilir ki, 3 gündən bir 10 nəfərlik heyət qəsəbədə dezinfeksiya işləri aparır.(axar.az)
)Axar.az