ABŞ-ın raketdən müdafiə sistemindəki hər hansı bir məhdudiyyəti qəbul etməsi danışıqlar mövzusu ola bilməz. Lakin Rusiya ilə raket əleyhinə müdafiə sistemi məsələlərini müzakirə etməyə hazırıq.
EDNews.net xəbər verir ki, bunu ABŞ prezidentinin silahlanmaya nəzarət üzrə xüsusi nümayəndəsi Marşall Billinqsli deyib.
O, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkova məlumat verdiyini deyib.
“Ümidvaram bununla bağlı diskussiyamız olacaq”-deyə, Marşall Billinqsli bildirib.