Türkiyənin Antalya əyalətinin Serik rayonunda 15 küçə karantinə bağlanıb.
EDNews.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu tədbirlər həmin rayonda yaşayan 12 nəfərdə koronavirusun aşkarlanması ilə bağlıdır.
Polis və zabit heyəti saat 00:00-dan etibarən bu küçələrə giriş-çıxışı dəmir baryerlərlə bağlayıb.Koronavirus aşkar edilən şəxslər Serik Dövlət Xəstəxanasında müalicələrini davam etdirir. Yeddi nəfərin koronavirus testinin nəticəsi hələ məlum deyil. Onlar nəzarət altındadır. (modern.az)