Pakistan Mülki Aviasiya İdarəsinin sözçüsü Əbdül Səttar Airbus A320 sərnişin təyyarəsinin Kəraçi aeroportu yaxınlığında qəzaya uğradığını təsdiq edib.
APA-nın “Əl Cəzirə”yə istinadən verdiyi xəbərə görə, Ə. Sattar bildirib ki, ilkin məlumata əsasən, Lahor şəhərindən Kəraçiyə uçan təyyarədə 99 sərnişin, 8 nəfər ekipaj üzvü olub.
Kəraçi aeroportu yaxınlığında qəzaya uğrayan təyyarə evlərin üstünə düşüb.
***
“Pakistan hava yolları”na məxsus sərnişin təyyarəsi Karaçi aeroportunun yaxınlığında qəzaya uğrayıb.
Bununla bağlı 360tv xəbər yayıb.
Təsdiq olunmayan məlumata görə, göyərtədə 90-a yaxın adam olub. Əlavə edilir ki, hava gəmisi yaşayış məntəqəsinə düşüb.(oxu.az)




