ABŞ Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib | Eurasia Diary - ednews.net

6 İyul, Bazar ertəsi


ABŞ Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib

Dünya A- A A+

ABŞ-ın Azərbaycandakı Səfirliyi bütün Azərbaycanlıları və dünyada Ramazan Bayramını qeyd edənlərləri müqəddəs Ramazan ayının bitməsi münasibəti ilə təbrik edib.

EDNews.net  xəbər verir ki, bu barədə səfirlik öz “Facebook” səhifəsindən açıqlama yayıb.

Bildirilib ki, müsəlman amerikalılar ABŞ dövləti təsis olunan ildən etibarən Amerika ailəsinin bir hissəsi olub:

“Biz dünya müsəlmanlarının Ramazan ayı boyunca qeyd etdiyi mərhəmət, ailə, dostluq və xeyriyyə ruhunu tanıyırıq. Biz həmçinin bütün insanlara və bütün dinlərə hörmət və tolerantlıq çağırışına qoşuluruq. Ramazan Bayramınız Mübarək!”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...