Trampın “Twitter” paylaşımlarının kim tərəfindən yazıldığı məlum oldu | Eurasia Diary - ednews.net

6 İyul, Bazar ertəsi


Trampın “Twitter” paylaşımlarının kim tərəfindən yazıldığı məlum oldu

Dünya A- A A+

ABŞ prezidenti Donald Tramp "Twitter" sosial şəbəkəsində onun yerinə statusların kim tərəfindən paylaşılmasından danışıb.

EDNews.net  xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Full Measure" teleproqramının efirində bildirib.

Vaşinqton administrasiyasının rəhbəri həmçinin paylaşımlarının hansı rejimdə edilməsindən də bəhs edib.

Ağ Ev başçısının sözlərinə görə, səhər və gecə vaxtı evdə qısa qeydləri və ya bəyanatı o özü yazır. İşin tam sürətlə getdiyi gündüz saatlarında fikirlərini köməkçilərinə diktə edir ki, onlar statusu mikrobloqa çıxarsınlar.

"Mənim Den adlı bir centlmenim var, o, çox gözəl işləyir", - ABŞ prezidenti bildirib.

Qeyd edilir ki, həmin şəxs Prezident Administrasiyasının Sosial şəbəkələr üzrə direktoru Dene Skavinodur.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...