Karantindən imtina edən İsveç iqtisadi böhranla üzləşdi | Eurasia Diary - ednews.net

8 İyul, Çərşənbə


Karantindən imtina edən İsveç iqtisadi böhranla üzləşdi

Dünya A- A A+

Hakimiyyətin koronavirus pandemiyasına görə karantin rejiminintətbiqindən imtina etməsinə baxmayaraq, İsveç genişmiqyaslı iqtisadi böhranla üzləşib.

EDNews.net  xəbər verir ki, bu barədə "Bloomberg” məlumat yayıb.

Ölkədə mövsümi dalğalanmalar nəzərə alınmadan işsizlik səviyyəsi 8,2 faizə yüksəlib. Bu isə proqnozları üstələyib. Məhsullara və xidmətlərə olan tələbat səviyyəsi əvvəlki həcminə qayıtmasa, sözügedən göstəricinin 17 faizə qədər artacağı gözlənilir.

Həmçinin ölkədə yaxın vaxtlarda qanunvericiliklə əməkdaşların işdən azad edilməsi prosedurunun əhəmiyyətli dərəcədə sadələşdirilməsi gündəmdədir. Bu təşəbbüs müxalifət və həmkarlar ittifaqları tərəfindən ciddi narahatlıqla qarşılanıb.

Bəzi siyasi partiyalar belə bir qərarın qəbul ediləcəyi halda, Nazirlər Kabinetinə qarşı etimad səsverməsi keçirməyə hazır olduqlarını bəyan ediblər.(xəzərxəbər)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...