Çində 28 simptomsuz yoluxma halı aşkarlanıb | Eurasia Diary - ednews.net

8 İyul, Çərşənbə


Çində 28 simptomsuz yoluxma halı aşkarlanıb

Dünya A- A A+

Çində ötən sutka ərzində bir nəfərdə yeni növ koronavirusun aktiv forması və 28 simptomsuz yoluxma halı aşkarlanıb.

EDNews.net xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Yoluxma halı Şanxayda qeydə alınıb. Ötən sutka ərzində koronavirusdan ölən olmayıb.

Hazırda 404 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 82 993 nəfərə çatıb. Ölkədə müalicə alan 78 280 nəfər sağalıb, 4 634 xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Bildirilib ki, ölkə üzrə 79 nəfər müalicə alır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...