Axşam saatlarında Türkiyənin bir çox şəhərinə göydən meteorit düşməsilə bağlı məlumat yayılıb.
EDNews.net xəbər verir ki, bir çox vətandaş xüsusilə Trabzon, Artvin, Malatya, Elazığ, Bingöl, Diyarbakır, Ərzurum, Sivas, Tunceli, Erzincan və Ardahan kimi şəhərlərdə göydən "işıq topu”nun düşdüyünü iddia edib.
Müxtəlif bölgələrdə meteoritin düşmə anıyerli sakinlər tərəfindən kameraya çəkilib.
Trabzon polisi şəhərin bir çox bölgəsindən meteorit düşməsi ilə bağlı məlumatların gəldiyini təsdiqləyib.
Lakin bunun yer kürəsilə əlaqəli bir vəziyyətin olmadığını bildirib.(xəzərxəbər)