İstanbulun fəthinin 567-ci ildönümü | Eurasia Diary - ednews.net

10 İyul, Cümə


İstanbulun fəthinin 567-ci ildönümü

Dünya A- A A+

Osmanlı imperiyası əsil inkişaf və güclənməsini Bizans torpaqlarını fəth edərək təmin etmişdir. Həm Anadoluda həm Rumelində həyata keçirilən fəthlər nəticəsində Bizans sadəcə İstanbuldan ibarət bir şəhər dövlətinə çevrildi.

1453-cü ilə gəlib çatdıqda Osmanlı padşahı Sultan Mehmet İstanbulun hakimiyyətinin Bizans əlində olmasının Osmanlı dövlətinin təhlükəsizliyinə ciddi təhdid kimi görərək, böyük bir ordu ilə İstanbulu mühasirəyə saldı. Uzun müddət davam edən mühasirədə Osmanlı ordusunun istifadə etdiyi texnologiya və toplar 29 may 1453-cü il tarixində İstanbulun fəth edilməsinə imkan yaratdı. İstanbul Osmanlıların paytaxt şəhəri oldu. Dünya tarixi dəyişərkən Orta əsr bitdi. Şəhərin fəth edilməsi dünya tarixinə dərin təsir edərək, qərbdə islahatlar aparılmasına və intibah dövrünün başlanmasına səbəb oldu.

İstanbul indiki zamanda da  dünyanın göz bəbəklərindən biridir. Kosmopolit quruluşu ilə hər irqdən olan insanları bir yerə toplayan bir şəhərdir və  bu dəyişməyəcək…(trtazərbaycan) 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...