İmamoğludan erməni kilsəsindəki olaya reaksiya | Eurasia Diary - ednews.net

16 İyul, Cümə axşamı


İmamoğludan erməni kilsəsindəki olaya reaksiya

Dünya A- A A+

İstanbul meri Əkrəm İmamoğlu şəhərin Üsküdar rayonunda yerləşən Surb Qriqor Lusavoriç kilsəsini ziyarət edib.

EDNews.net Türkiyə KİV-nə istinadən xəbər verir ki, kiləsinin üstündə asılmış xaçın naməlum şəxs tərəfindən qopardılmasına görə, kilsəyə gələn mer Üsküdar bələdiyyə sədri Hilmi Tükrmen və kilsə vəqfinin rəhbəri Edvard Ayvazyanla insidenti müzakirə edib.

“Bizə dua edin. Sağlamlığımıza, şəhərimizin gözəlləşməsinə dua edin. Bütün erməni camaatına sevgilərimizi çatdırın. Birlikdəyik. Hansı inancdan olursa olsun, bir ibadətgaha edilən hücum hamımıza edilən hücumdur”- deyə İmamoğlu söyləyib.(modern.az)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...