Türkiyə Rusiya silahlarının ən böyük idxalçıları sırasındadır | Eurasia Diary - ednews.net

9 İyul, Cümə axşamı


Türkiyə Rusiya silahlarının ən böyük idxalçıları sırasındadır

Dünya A- A A+

Hazırda Türkiyənin Rusiyadan müdafiə məhsulları sifarişləri zərfi 1 milyard ABŞ dolları həcmindədir.

EDNews.net  xəbər verir ki, bu barədə “Ekotürk TV”nin canlı efirində Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Xidmətinin rəhbəri Dmitri Şuqayev bildirib.

Rusiya rəsmisi, həmçinin Türkiyənin Rusiya silahları və hərbi texnikası alıcıları arasında TOP-5-ə daxil olduğunu, bunun daha çox “S400” hava müdafiə sistemlərinə dair imzalanmış sazişin nəticəsi olduğunu deyib.

Qeyd edək ki, indiyədək Rusiyanın Türkiyəyə hərbi məhsullar satışına dair müqavilələrinin həcmi rəsmi şəkildə açıqlanmamışdı.(azərbaycan24)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...