Çində ibtidai məktəbə hücum - 40 nəfər yaralanıb - VİDEO | Eurasia Diary - ednews.net

3 İyul, Cümə


Çində ibtidai məktəbə hücum - 40 nəfər yaralanıb - VİDEO

Dünya A- A A+

Çinin cənubunda naməlum şəxs bıçaqla məktəbə hücum edib.

EDNews.net Vesti.ru-ya istinadən  xəbər verir ki, 50 yaşlı kişi dərs başlamazdan əvvəl məktəbin girişində insanlara hücum edərək, 40-dan çox şəxsi yaralayıb.

Hadisə yerinə təcili tibbi yardım işçiləri cəlb edilib. Görüntülərdə yaralı uşaqların binadan çıxarıldığı qeydə alınıb.

Məktəbin direktoru, mühafizəçi və şagirdlərdən birinin vəziyyəti ağırdır. Onlar xəstəxanaya yerləşdirilib.

Cinayətkar tutulub. Hadisənin hansı səbəbdən baş verdiyi və onu törədən şəxsin kimliyi açıqlanmır.(oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...