Bu ölkələrdə koronavirus bu günədək qeydə alınmayıb | Eurasia Diary - ednews.net

2 İyul, Cümə axşamı


Bu ölkələrdə koronavirus bu günədək qeydə alınmayıb

Dünya A- A A+

Bütün dünyanın koronavirusa qarşı mübarizə apardığı zamanda 6 ölkə öz ərazisində bu günə kimi koronavirusa yoluxma halının qeydə alınmadığını bildirib. 

EDNews.net xəbər verir ki, bu ölkələr Vanuatu, Nauru, Tonqa və Solomon Adaları, Türkmənistan və Şimali Koreyadır.

Dünyanın ən qapalı ölkəsi sayılan Şimali Koreyada 10 min vətəndaşın karantinə alınması barədə məlumat yayılsa da, ölkədə virusun olması barədə rəsmi məlumat verilməyib.

COVİD-19-a bir vətəndaşının da yoluxmadığını elan edən Türkmənistanın rəsmi statistikası şübhə doğurur. Çünki bu ölkənin bütün qonşuları, xüsusən İranda virus geniş vüsət alıb.

Okeaniyada yerləşən cırtdan Vanuatu, Nauru, Tonqa və Solomon Adaları isə coğrafi mövqeyinə görə, virusdan ən təhlükəsiz ərazilər sayıla bilər.(modern.az)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...