Ukraynada istefası tələb edilən erməni nazir “şeytan” adlandırıldı... - VİDEO | Eurasia Diary - ednews.net

5 İyul,


Ukraynada istefası tələb edilən erməni nazir “şeytan” adlandırıldı... - VİDEO

Dünya A- A A+
Ukraynada Ali Radanın qarşısında Daxili İşlər naziri Arsen Avakovun istefaya göndərilməsi tələbi ilə aksiya keçirilən aksiyada erməni əsilli nazir “şeytan” adlandırılıb.
 
EDNews.net Moderator.az-a istinadən xəbər verir ki, aksiya iştirakçıları Ali Radadan  Avakovun istefaya göndərilməsi və hüquq-mühafizə orqanlarında islahatların aparılmasını tələb edirlər.
 
 
 
Aksiya iştirakçıları “Polis dövlətinə yox!”, “Avakov, rədd ol!”, “0 faiz ictimai etimad”, “Avakov şeytandır! və digər şüarlar səsləndirib. Eyni tələblə hökumət binası qarşısında da mitinq keçirilməsi gözlənilir.
 
Qeyd edilir ki, bu gün Ali Radanın iclasında Ukrayna Daxili İşlər Nazirliyinin fəaliyyətinə dair hesabat dinlənilməlidir.
 
Avakovdan narazılıq son dövrlərdə Ukraynada cinayət hadisələrinin çoxalmasından sonra daha da artıb. Jitomir vilayətində 7 nəfər güllələnib, Kaqarlıqda qız polis tərəfindən zorlanıb,  Brovarıda atışma baş verib və s.
 
Xatırladaq ki, Arsen Avakov Bakıda doğulmuş ermənidir.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...