Floyd qiyamı ABŞ-ın “demokratiyanın beşiyi” imicini dağıdır politoloq

Dünya 18:23 06.06.2020
ABŞ-da Corc Floydun öldürülməsi ilə əlaqədar daha üç nəfərə qarşı cinayət işi açılıb. “Yeni Müsavat” xəbər verir ki, Minnesotanın baş prokuroru Kit Ellison Floydun nəfəs ala bilmədiyini deməsinə baxmayaraq, dizini onun boynunda saxlayan ağ polis zabiti Derek Çauvinə qarşı ikinci dərəcəli qətl ittihamı irəli sürüb. Bu, daha öncə ona qarşı irəli sürülmüş üçüncü dərəcəli qətl və ikinci dərəcəli ehtiyatsızlıqdan adam öldürmə ittihamlarından daha ağır bir ittihamdır. Bundan əlavə Ellison mayın 25-də hadisə yerində olan, amma insidentə müdaxilə etməyən digər keçmiş üç polis zabitinə qarşı da ikinci dərəcəli qətlə yardım və vasitəçilik ittihamları irəli sürüb. Bu üç keçmiş polisi zabitləri Tou Tao, Aleksandr Kuenq və Tomas Leyndir. Hər dörd polis zabiti Floydun ölümündən dərhal sonra işdən çıxarılmşdı, amma təkcə Çauvinə qarşı cinayət işi açılmışdı. Floydun ölümü bütün Birləşmiş Ştatlar boyu bir həftədən çoxdur davam edən etirazlara səbəb olub. Bu etirazların çoxu dinc keçir. Lakin bəzi etirazlarda rəsmilərlə nümayişçilər arasında şiddətli qarşıdurmalar baş verib, polis maşınları və hökümət binaları yandırılıb, bəzi mağazalar talan edilib. Bu, ABŞ-da son onillərdə baş verən ən genişmiqyaslı vətəndaş qarşıdurmasıdır. “The Associated Press” son səkkiz gün ərzində ölkə boyu 9000-dən çox insanın həbs olunduğunu bildirir. Ağ Evi mühasirəyə alan etirazçılardan qaçırılaraq bunkerə yerləşdirilən Tramp yerin altından tvit atır: “Zorakılığın və vandalizmin önündə "Antifa" və digər Sol radikal qruplaşmalar dayanır”. Tramp “Antifa”nı” terror təşkilatları siyahısına daxil edəcəyi ilə hədələyir. , ABŞ-da qanunlara görə yalnız əcnəbi təşkilatlar terror siyahısına daxil edilə bilər. “Antifa” isə yerlidir. Onu da deyək ki, Floydla vida mərasimi keçirilib. Vida mərasimində çıxış edən qaradərililərin hüquqları uğrunda mübarizə aparan keşiş, siyasi fəal El Şarpton bildirib ki, onun taleyi Birləşmiş Ştatlarda afroamerikalıların universal təcrübəsini simvolizə edir. Tramp hadisələri “daxili terrorizm” adlandırır, “Qiyam haqda Akt”a müraciət edərək ordunu etirazçılara qarşı göndərəcəyi ilə hədələyir, iştirakçıları uzun müddətli həbs gözlədiyini anons edir. Ancaq bütün bu terminlərin arxasında əsl həqiqət dilə gətirilmir - ABŞ-da əsl irqi və sinfi müharibə gedir. Üstəlik, etirazların qəddarlıqla dağıdılması ABŞ-ın “demokratiyanın beşiyi” imicini darmadağın etməkdə, blefə çevirməkdədir. Türkiyədə yaşayan politoloq Ramiyə Məmmədovanın “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ-da baş verənlər Trampın impiçmentini reallaşdırmaq istəyən qüvvələrin də maraqlarına uyğundur: “O demək deyil ki, prosesi antiTramp qruplar körükləyir, yaxud maliyyələşdirir. Sözsüz ki, kütlə qəzəbidir. Sadəcə, Amerikada heç bir prezidentin dövründə belə aksiyalar olmamışdı və belə qəddarlıq görünməmişdi. Tramp bu mənada seçkiqabağı xeyli xal itirdi”. Ramiyə Məmmədova: “İmamoğlunun daxili siyasətdə problemlər ... Siyasi şərhçi dünyanın bir çox ölkələrində Floyda dəstək aksiyalarının keçirilməsini də ilklərdən sayır: “Başqa dövlətlərdə mitinqlərin zorakılıqla dağıdılmasını pisləyən bəyanatlar verən ABŞ Dövlət Departamenti indi susmamalıdır. Mən kadrlara baxıram, avtoritar rejimlərdə bu cür polis vəhşiliyi yoxdur. Məsələn, bir videoda gördüm, polis 75 yaşlı qocanı itələyir, yıxılır və başı yerə dəyib qan axır. Amma yanından keçən onlarla polisin heç biri əlindən tutub qocanı qaldırmırlar. Bu kadrlar ABŞ demokratiyasına böyük zərbə oldu. Yəni, Vaşinqton bundan sonra İranda, Rusiyada, yaxud başqa ölkələrdə etirazlar olanda “xalqın demokratik tələbini dəstəkləyirik” səsini qaldıra bilməyəcək. Çünki ikrah hissi doğuracaq”. Ekspertin proqnozlarına görə, prezident seçkilərində Tramp üçün çətin olacaq: “Respublikaçılar böyük xal itirdilər. Liberallar da, solçular da vəziyyətdən istifadə edirlər. İndiki situasiyada demokratlar seçkidə bir addım irəlidir. Tramp Amerikanın avtoritar prezidenti obrazını yaratdı. Digər tərəfdən, ABŞ demokratiyasının reputasiyasına, dünyadakı yerinə zərbə vurdu. İndi hansısa ölkədə nümayişlərə Vaşinqton etirazını bildirəndə Floyd hadisəsini başına qaxınc edəcəklər”.
NİİM əhaliyə müraciət etdi – VİDEO

Xəbər xətti

Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
NİİM əhaliyə müraciət etdi – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Hamısı