Ermənistan mediası Paşinyanın COVID-19 testi nəticəsinin müsbət çıxmasına rəğmən Ermənistanın ilk prezidenti ilə görüşdüyünü iddia edir.
EdNews.net News.am-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirus testi müsbət olsa da sabiq prezident Levon Ter-Petrosyanla görüşüb.
“Görüş Ermənistandakı daxili siyasi vəziyyətin Paşinyanın nəzarətindən çıxması ilə əlaqədar keçirilib. Bu görüş ondan sonra iki güc strukturu - Milli Təhlükəsizlik Xidməti və Baş Qərargahın rəhbərlərinin istefası, həmçinin Paşinyanın sağalması ilə bağlı açıqlama verməsi ilə müşayiət olundu”, - nəşr qeyd edib.
"Ola bilsin ki, keçmiş prezident Paşinyana qarşıdakı siyasi proseslərə dair məsləhət verib. Məhz bu görüşdən sonra güc strukturları rəhbərlərinin yerinə yeniləri təyin edildi", deyə əlavə edilib.