Nigeriyada keçirilən gözəllik müsabiqəsinin keçmiş qalibi və ölkənin məşhur vaizinin həyat yoldaşı 39 yaşlı İtuah-İqodalo qəfil ölüb.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Bildirilib ki, Laqosda biznes sahibi olan model “Triniy House”da əri ilə birlikdə xütbə oxuyardı. O, həmçinin, koronavirus xəstələri üçün karantin mərkəzləri açmağı planlaşdırırdı.
Qadının ölüm səbəbi açıqlanmır. Ancaq yerli mediada onun koronavirusdan öldüyü deyilir.