Çin hökuməti koronavirus infeksiyasının iyul ayının sonuna qədər aradan qaldırılacağını proqnozlaşdırıb.
REN TV-nin məlumatına görə, bunu Tnantszin Ənənəvi Tibb Universitetinin rektoru Çjan Boli bildirib.
O qeyd edib ki, vaxtında və qətiyyətli hökumət tədbirləri sayəsində COVID-19-un yayılması tam nəzarət altında qalır. Ç.Boli ümid etdiyini bildirib ki, iyun ayının sonunda yeni halların gündəlik artması tək rəqəmə, iyulun ortalarında isə sıfıra endiriləcək.
Xatırladaq ki, ötən həftə Pekində ən böyük “Sinfadi” topdansatış bazarında koronavirusun yayılması aşkarlanıb. İyunun 11-dən şəhərdə 269 yoluxma aşkarlanıb.
Çin epidemioloqları bazarda tapılan koronavirus infeksiyasının Avropadan gətirildiyini iddia edirlər.(oxu.az)