Rusiyada son sutka ərzində 5635 nəfər yeni növ koronavirusa yoluxub.
Bununla da Rusiyada COVID-19-a yoluxanların ümumi sayı 818 120 nəfərə çatıb.
EDNews.net Azvision.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Ötən gün 85 pasiyent vəfat edib. Pandemiya qurbanlarının ümumi sayı 13 354 nəfərə yüksəlib. İndiyədək Rusiyada virusa yoluxmuş 603 329 nəfər sağalıb.