Ermənistan prezidenti Nikol Paşinyan Politik.am saytının baş redaktoru Boris Muradyanı məhkəməyə verir.
EDNews.net Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə baş redaktor özü məlumat verib.
“Nikol mənə məktub yazıb. O ya babasının satqın olmadığını söyləməli olduğumu, əks halda məni məhkəməyə verəcəyini deyib”.
Muradyan məktubun mətnini də paylaşıb. Xatırladaq ki, Politika.am saytı Nikol Paşinyanın babasının faşist Almaniyası ilə əməkdaşlıq etdiyini yazmışdı.(modern.az)