"Partlayışda xarici müdaxilə ehtimalı da var" - Livan Prezidenti | Eurasia Diary - ednews.net

27 Sentyabr,


"Partlayışda xarici müdaxilə ehtimalı da var" - Livan Prezidenti

Dünya A- A A+
Livan Prezidenti Mişel Aun Beyrut limanınıdakı partlayışın səbəbləri arasında xarici müdaxiləni istisna etməyib.
 
"Reuters"in verdiyi xəbərə görə, Livan Prezidenti bu barədə yerli mətbuata bildirib. 
 
"Partlayışın səbəbi hələ müəyyənləşməyib. Raket, bomba və ya başqa bir hərəkət vasitəsi ilə xarici müdaxilə ehtimalı da var", - deyə Mişel Aun deyib. 
 
Livan Prezidenti bildirib ki, avqustun 4-də baş verən partlayışla bağlı tədqiqat üç səviyyədə aparılır: "Birincisi, partlayıcı maddənin ora necə daxil olması və saxlanılması... İkincisi, partlayışın səhlənkarlıq və ya qəza nəticəsində baş verib-verməməsi və nəhayət, üçüncüsü, xarici müdaxilənin olması ehtimalı", - deyə Prezident bildirib. 
 
Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib. Son məlumatlara görə, partlayış nəticəsində 157 nəfər ölüb, 5 000-dən çox insan yaralanıb, onlarla insan itkin düşmüş sayılır.(apa)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...