Bu gün Rusiyaya yollanmaq istəyən erməni vətəndaşları avtomobillərlə İrəvan küçələrində yürüş ediblər.
Eurasia Diary erməni KİV-ə istinadən xəbər verir ki, onların bu etirazları Respublika küçəsində bitib.
İlk dəfə olaraq, erməni əhalisi Sentyabr ayının 4-də Milli Məclisin ətrafında nümayiş keçirib. Parlamentin rəhbəri Alen Simonyan onlarla görüşərək problemin həllinin Ermənistandan asılı olmadığını və Rusiya ilə Gürcüstanın erməni vətəndaşlarının keçidinə icazə vermədiyini bildirb.
Etirazçılar isə hökumətdən həmin ölkələrlə daha açıq olmağı və danışıqlara getməyi tələb edib. Onlar inanırlar ki, bu üsulla problem öz həllini tapa bilər və onlar Rusiyada olan aylarla görə bilmədikləri ailələrinə baş çəkə bilərlər.