Sentyabr ayının 4-də Ukraynanın Krım və Donbass ərazilərinin işğalı məsələsinin BMT Baş Assambleyasının sessiyasına daxil edilməsi ilə bağlı səsvermə keçirib.
Eurasia Diary xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi öz Facebook səhifəsində paylaşım edib.
Bu kontekstdə Azərbaycan da daxil olmaqla 81 ölkə lehinə, 17 ölkə əleyhinə səs verib və 65 ölkə isə bitərəf qalıb.
Qeyd edək ki, səsvermədə Rusiya, Ermənistan, İran və Qazaxıstan əleyhinə səsverən ölkələr siyahısındadır.
Səfirlik bunu Ukrayna üçün suverenlik və ərazi bütövlüyünün bərpası yolunda növbəti əhəmiyyətli hadisə hesab edir.