ABŞ-ın Sezar Qanunu ilə Əsəd rejiminə qarşı iqtisadi sanksiyaları genişləndirdiyi bir vaxtda Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və Rusiya Baş nazirinin müavini Yuri Borisov bu ölkəyə yüksək səviyyəli səfər gerçəkləşdiriblər.
Eurasia Diary "Hürriyet"ə istinadən xəbər verir ki, son 7 ildə ilk dəfə Şama gedən Lavrov, Suriya Prezidenti Bəşər Əsəd tərəfindən qəbul edilib. Əsədin koronovirus epidemiyasına görə maska taxması və sosial məsafə saxlaması diqqət çəkib.
Əsəd rəhbərliyi ABŞ-ın iqtisadi sanksiyalarına qarşı ən böyük dəstəyi Putin administrasiyasından alacağına ümid edir.
Lavrovun Dəməşqə səfəri, Cenevrədə Suriyanın yeni konstitusiyasının yazılması cəhdlərinin davam etdiyi dövrdə baş verdiyi üçün də əhəmiyyətlidir.