İran Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Türkiyə və İranın qarşılıqlı ticarət dövriyyəsini 30 milyard dollar həcminə çatdırılmasını hədəflədiyini söyləyib.
Eurasia Diary “Mehr” agentliyinə istinadən xəbər verir ki, dünən iki ölkə rəhbəri arasında keçirilən video-konfrans zamanı bu fikir səslənib.
“Çərşənbə axşamı video-konfrans formatında ölkə rəhbərləri və 8 nazirin iştirakı ilə keçirilən Türkiyə və İran arasında Strateji Əlaqələrin Ali Şurasının 6-cı görüşü keçirilib”, Əlirza Moezzi öz Twitter hesabında paylaşıb.
Ticarət dövriyyəsindən əlavə, enerji, nəqliyyat və turizm sahəsi üzrə əməkdaşlıq müzakirə olunub.