Ermənistanın Past qəzeti hökumətin dövlət məktəblərində “siyasi təmizləmə” məqsədi güdən ciddi yoxlanış apardığını bildirib.
Eurasia Diary erməni KİV-ə istinadən xəbər verir ki, hakimiyyət dairələrinin yüksək eşalonu əyalət rəhbərliklərinə keçmiş siyasilərlər əlaqələri və əks-inqilabi düşüncələri olan müəllimlərin siyahısının hazırlanması göstərişini verib.
Xüsusi şəkildə onların Facebook hesablarındakı paylaşımlar da daxil olmaqla ətraflı məlumat bazasının yaradılması nəzərdə tutulur.
Yaxın gələcəkdə bu “arzuolunmaz” müəllimlərin tədris saatları azalacaq və tədricən məktəblərdən uzaqlaşdırılacaq