Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, Türkiyə və Yunanistan hərbi heyətləri sabah NATO-nun Brüsseldəki qərargahında toplanacaq. Görüşün iki gün sonra baş verəcəyi və "münaqişələrin qarşısının alınması tədbirləri"nin müzakirə olunacağı gözlənilir.
Eurasia Diary "Hürriyet"ə istinadən xəbər verir ki, ötən gün NATO Baş Katibi Jens Stoltenberqin təşəbbüsü ilə Brüsseldə iki ölkənin nümayəndə heyətlərinin görüşünə qərar verildi. Ancaq, NATO Hərbi Komitə rəhbərliyi görüşün 10 sentyabr tarixinədək təxirə salınmasını istəyib.
Brüsseldəki mənbələr görüşdə Yunanıstanın Avropa ölkələrindən dəstək axtaracağına və bu dəstəklə sabah hərbi səviyyədə keçiriləcək texniki iclasa qatılmağı planlaşdırdığına diqqət çəkib. Afinanın bu taktikası NATO Hərbi Komitə rəhbərliyi tərəfindən görüşün təxirə salınması səbəbilə təsirli hesab edilir.
Sabah keçiriləcək görüşdə iki ölkənin hərbi nümayəndə heyətlərinin “münaqişələrin qarşısının alınması tədbirləri”ni nəzərdə tutan “bölünmə prosedurları”nın müzakirə edilcəyi gözlənilir. Burada Şərqi Aralıq dənizindəki mübahisəli və mübahisəsiz bölgələrin müəyyənləşdirilməsi nəzərdə tutulur. Görüşün hərbi gərginliyi və Navtex müharibələrinin sona çatdırmaq məqsədi daşıdığı da bildirildi. Bununla yanaşı, NATO Baş Katibi Stoltenberq, ittifaq daxilindəki danışıqların Almaniyanın rəhbərlik etdiyi siyasi dialoq təşəbbüsünə alternativ olmadığını vurğulamışdı.