9 sentyabrda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Mali, Qvineya-Bisau və Seneqal da daxil olmaqla Qərbi Afrika ölkələrinə işgüzar səfəri başlayıb.
Eurasia Diary "Hürriyet"ə istinadən xəbər verir ki, bu Qvineya-Bisau və Seneqala xarici işlər naziri səviyyəsində ilk rəsmi səfərdir. Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasına görə, görüşdə nazir və digər rəsmilər, ölkədəki siyasi keçidlə yanaşı ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələləri müzakirə edəcək.
NATO müttəfiqləri olan Türkiyə ilə Fransa arasındakı münasibətlər Suriya və Liviyadakı ziddiyyətli siyasət və Türkiyənin Yunanistanla enerji qaynaqları məsələsindəki mübahisəsinə görə pisləşib və son həftələrdə tərəflər arasında kəskin ritorika var.
Ankara, Parisi Liviyada BMT tərəfindən tanınan Tripoli mərkəzli hökumətə qarşı Xəlifə Haftara siyasi dəstək verməkdə günahlandırır.
İyun ayında Fransa hərbi gəmisi, BMT-nin Liviyaya qarşı silah embarqosu çərçivəsində Türk gəmisini yoxlamağa çalışarkən Türkiyə və Fransa münasibətləri az qala korlanacaqdı.
Türk rəsmilər, Fransanın müstəmləkə keçmişini tənqid edir və bölgədə sərhədləri olmamasına rəğmən Parisin Şərqi Aralıq dənizi ilə bağlı hələ də imperialist siyasət yürütdüyünü iddia edirlər.