Erməni qəzeti keçmiş prezident Robert Köçəryanın aktiv siyasi mübarizə üçün hərəkətə keçdiyini bildirib.
Eurasia Diary erməni KİV-ə istinadən xəbər verir ki, Köçəryan və onun komandası bütün istiqamətlər və cəmiyyətin bütün təbəqələri üzrə işləyəcəklər. Əsas hədəf təbəqə isə gənclər təşkil olunacaq.
Onlar siyasi mübarizədə aktiv rol oynaya biləcək gəncləri Köçəryanın ətrafında birləşdirəcək təşəbbüslər irəli atmağı düşünürlər.
Bu sivil təşəbbüs isə “Gənclərin Səsi” adlandırılacaq və Köçəryanın gözlənilən siyasi mübarizəsində bu təbəqənin iştirakını ehtiva edəcək.