İtaliyanın Baş naziri Cüzeppe Konte, Şərqi Aralıq dənizindəki gərginliyin hər kəsin zərərinə olduğunu və bunu düzəltmək üçün əllərindən gələni etməli olduqlarını bildirdi. Bu barədə Eurasia Diary "Hürriyet"ə istinadən xəbər verir.
"Türk tərəfinin birtərəfli hərəkətləri qarşısında Yunanıstan və Kiprdən olan dostlarımıza (Yunan tərəfi) onlarla həmrəy olduğumuzu bildirmək istərdim. İtaliya olaraq hər zaman bunu etmişik və edəcəyik. Aİ-nin müddətli rəhbəri Almaniya və Aİ liderlərinin münaqişələri kökündən həll edən və dialoqu yenidən başladan daha konstruktiv yanaşmaları üçün onlara dəstək vermək vacibdir", deyə Konte bildirib.