Paris küçələrində “Sarı Jiletlilər” yenidən görünməyə başlayıb. Şənbə günü etirazçılar bərabərlik tələbi ilə nümayişlər keçiriblər.
Paris, Marsel, Tuluza, Lyon və Lildə minə yaxın etirazçı nümayişlərə başlayıb. Nümayiş zamanı təhlükəsizlik qüvvələri ilə aksiya iştirakçıları arasında toqquşma baş verib və polis gözyaşardıcı qazlardan istifadə edib.
“Kimki Fransanı iki ay karantin vəziyyətində saxlayıb-həkimlər, kassirlər, zibil yığanlar onlar “sarı Jiletlilər”dir”, deyə etirazçıların rəhbəri Jeremi Rodriqez söyləyib.
Etirazlar zamanı Parisdə 250-yə yaxın iştirakçı saxlanılıb. Nümayişçilər sarı rəngli jiletlərlə bərabər bəziləri qara rəngli geyimlərdən istifadə edib.
Qeyd edək ki, “Sarı Jiletlilər” etirazı təxminən iki il bundan əvvəl yanacaq qiymətlərinin qalxmasına qarşı yaranmış etiraz aksiyasıdır.
Hazırki, aksiyalar isə koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərə qarşı təşkil olunub. Sarı Jiletlilərin Fransa küçələrinə dönüşü koronavirusa yoluxma sayının artması və yeni tədbirlərin görülməsi qorxusu zamanına təsadüf edir.