Ankara Respublika Baş Prokurorluğu ölkə başçısı Rəcəb Tayyib Ərdoğanı təhqir edən Yunanıstanın "Dimkortaiya" qəzeti ilə bağlı istintaq başladıb.
Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, qəzetin səlahiyyətli nümayəndələrinə qarşı Türkiyə Cəza Qanununa müvafiq maddələrlə istintaq başlatmaq əmri verilib.
Bundan əlavə olaraq, Ədliyyə naziri Əbdülhəmid Gül bu məsələyə dair yunan həmkarı Kostantinos Tsiarasa məktub yollayıb.